Dünyanın ən bahalı 10 şəhəri – SİYAHI

“Mercer Human Resource” beynəlxalq konsaltinq şirkəti 5 qitədə 209 şəhəri əhatə edən araşdırmasının nəticələrini açıqlayıb. Bu zaman 2017-ci ildə həmin şəhərlərdə yaşayış xərclərinə diqqət yetirilib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, araşdırmanın nəticələrinə görə, 2017-ci ilin ən bahalı şəhəri Luanda, ən ucuz şəhəri isə Tunis olaraq müəyyənləşib. Azərbaycanın paytaxtı Bakı siyahıda 182-ci yeir tutub.

Dünyanın ən bahalı 10 şəhərini təqdim edirik:

Siyahının 1-ci sırasında Anqolanın paytaxtı və ən böyük şəhəri Luanda yerləşir.

Asiyanın ən zəngin şəhəri Honq Konq 2-ci sırada yer alıb.

Yaponiyanın paytaxtı Tokio ən bahalı şəhərlər sırasında 3-cüdür.

4-cü sırada yer alan Sürix İsveçrənin iqtisadi və mədəni paytaxtı, eyni zamanda ölkənin ən böyük şəhəridir.

 

Tropik iqlimi sayəsində hər mövsüm isti olan Sinqapur ən bahalı şəhərlər sırasında 5-cidir.

 

Cənubi Koreyanın ən çox ziyarət edilən şəhərlərindən olan Seul 6-cı sıranı tutub.

 

İsveçrədə yerləşən Cenevrə 7-ci sıradadır. Cenevrə İsveçrənin ən çox əhalisi olan ikinci şəhəridir.

 

Çin Xalq Respublikasının ən ən önəmli liman şəhərlərindən olan Şanxay 8-ci yerdə qərarlaşıb.

 

Amerika Birləşmiş Ştatlarının (ABŞ) şimal-şərqində yerləşən Nyu-York ən bahalı şəhərlər sırasında 9-cu yerdədir.

 

10-cu sırada isə İsveçrənin ən böyük 4-cü şəhəri olan Bern yer alır.