FHN) Bakı Dəmiryolu Vağzalında partlayıcı qurğu yerləşdirilməsi barədə məlumat
Bakı Dəmir Yolu Vağzalının ərazisində yerləşən kafelərdən birində partlayıcı qurğu yerləşdirilməsi məlumatı ilə bağlı keçirilən əməliyyat başa çatıb.
Astarainfo.az-ın APA-ya istinadən xəbərinə görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.
“FHN-in və digər aidiyyəti dövlət qurumlarının keçirdiyi birgə əməliyyat nəticəsində, xüsusi təlim keçmiş itlər tətbiq olunmaqla, təxminən 10 000 kv.m sahəyə vizual baxış keçirilib, heç bir partlayıcı qurğu və şübhəli əşya aşkar edilməyib”, – deyə məlumatda bildirilir.