Gəncədə yaşayış evində yanğın olub.
Astarainfo.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Zülfi Hacıyev küçəsində yerləşən evlərin birində baş verib.
Əraziyə Gəncə Yanğından Mühafizə İdarəsinin 4 yanğınsöndürən briqadası cəlb olunub. Yanğın yerinin müayinəsi zamanı orada 1945-ci il təvəllüdlü Məmmədov Qüdrət Əli oğlunun meyiti aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.