Astarainfo.az APA-ya istinadən xəbər verir ki, dekabr ayında 15 illik ağac bar verib.
Alça ağacı yaz aylarında havalar istiləşəndə çiçəkləyir və yay aylarında ağacdan meyvə dərilir. Bu qayda ilə alça ağacı ildə bir dəfə bar verir. Ancaq Lənkəranın Cil kənd sakini Cəsarət Əkbərovun bağında qeyri-adi təbiət hadisəsi baş verib. Bağ sahibinin sözlərinə görə, 15 ildir ki, əkilən ağac həmişə mövsümdə bar gətirib. Amma havaların isti keçməsi səbəbindən noyabrda yenidən çiçəkləyən ağaclar bu il ikinci dəfə bar verib.
Məhsula gəldikdə isə, alçanın dadında heç bir fərq hiss olunmur. Mülayim havalar davam edərsə, ağacdan 15-20 kq məhsul götürmək olar.
Kənd sakinləri də ilk dəfədir belə bir halla qarşılaşdıqlarını deyirlər.
Mütəxəssislərin fikrincə, ümumiyyətlə, alça ağacı payız-qış aylarında artıq dərəcədə gün şüası qəbul etdikdə, çiçəklənməyə meylli olur. Hər il bu ağaclar yalançı çiçəklər açır və az sonra tökülür. Amma alçanın indi bar verməsi əsasən havaların mülayim keçməsi və torpağın münbit olması ilə əlaqədardır.
Qeyd edək ki, son dövrlərdə cənub bölgəsində alma və gavalı ağaclarının da ikinci dəfə məhsul verməsi faktlar müşahidə olunub.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...