Meksikanın Kintana-roo ştatında göyərtəsində 5 nəfərin olduğu kiçik təyyarə qəzaya uğrayıb.
Göyərtəsində 4 britaniyalı turist və pilotun olduğu “Cessna 207” təyyarəsi Playi del Karmendən Çiçen İtsa arxeoloji zonaya uçarkən qəzaya düşüb.
Qəza nəticəsində ölən olmayıb. Sərnişinlər və pilot müxtəlif xəsarətlər alıblar.
Hadisə yerinə xilasedicilər və həkimlər cəlb edilib.  APA