Azərbaycanda yaşa görə əmək pensiyasının təyin edilməsi halları yenidən müəyyənləşirilib.
Bu hallar Əmək və Əhalinin Sosiall Müdafiəsi Nazirliyi Kollegiyasının təsdiq etdiyi və artıq qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nda əksini tapıb.
Qaydalara əsasən, qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyası hüququ var.
Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci ilin iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1-dən başlayaraq 2027-ci ilin iyulun 1-dək hər il altı ay artırılaraq aşağıdakı qaydada müəyyənləşdirilir:
Dövr |
Kişilər üzrə pensiya yaşı |
Qadınlar üzrə pensiya yaşı |
1 iyul 2017 – 30 iyun 2018 |
63 il 6 ay |
60 il 6 ay |
1 iyul 2018 – 30 iyun 2019 |
64 il |
61 il |
1 iyul 2019 – 30 iyun 2020 |
64 il 6 ay |
61 il 6 ay |
1 iyul 2020 – 30 iyun 2021 |
65 il |
62 il |
1 iyul 2021 – 30 iyun 2022 |
65 il |
62 il 6 ay |
1 iyul 2022 – 30 iyun 2023 |
65 il |
63 il |
1 iyul 2023 – 30 iyun 2024 |
65 il |
63 il 6 ay |
1 iyul 2024 – 30 iyun 2025 |
65 il |
64 il |
1 iyul 2025 – 30 iyun 2026 |
65 il |
64 il 6 ay |
1 iyul 2026 və sonra |
65 il |
65 il |