Çin Xalq Respublikasının sədri prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib

Çin Xalq Respublikasının sədri Si Cinpin Azərbaycan prezidenti İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.
 S. Cinpin təbrik məktubunda ən xoş arzularımı bildirməyi özünə şərəf saydığını vurğulayıb.
Təbrik məktubunda bildirilir ki, son illərdə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlər dinamik inkişaf edir, ölkələrimizin qarşılıqlı siyasi etimadı möhkəmlənir, hər iki ölkə əsas mənafeləri ilə bağlı məsələlərdə bir-birini qətiyyətlə dəstəkləyir: “İqtisadiyyat, ticarət, humanitar və başqa sahələrdə əməkdaşlıq inkişaf edir. “Bir kəmər, bir yol” layihəsinin müştərək tikintisində əməkdaşlıqda ilkin nəticələr əldə edilib. Mən dövlətlərimiz arasında münasibətlərin inkişafına böyük əhəmiyyət verirəm. İki ölkənin xalqlarının rifahı naminə Çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında dostluğa əsaslanan əməkdaşlığın dərinləşməsi üçün Sizinlə birlikdə səy göstərmək istəyirəm. Sizə möhkəm cansağlığı diləyir, ən xoş arzularımı bildirirəm”.APA