Azərbaycan boksunun banisi Abbas Ağalarovun xatirəsinə həsr olunmuş gənclər arasında ənənəvi beynəlxalq turnir başa çatıb.
Astarainfo.az-ın Apasport.az-a istinadən məlumatına görə, Azərbaycan Boks Federasiyasının idman zalında baş tutan yarışda yığmamızla yanaşı, Rusiya, Ukrayna, Tacikistan, Hindistan, İran, Türkmənistan, Pakistan, Qazaxıstan, Gürcüstan və Özbəkistan yığmaları güclərini yoxlayıblar.
Komandamız turnirdə 3 qızıl, 2 gümüş və 7 bürünc medal qazanıb. Millimizin heyətində Maqsud Xasmətov (49 kq), Əflatun Babayev (52 kq) və Amid Əlizadə (56 kq) bütün rəqiblərinə qalib gələrək, çempion tituluna yiyələnib. Yalnız finalda uduzan Məhəmməd Yusifovla (75 kq) Zaur Musayev (81 kq) ikinci yeri tutublar. Digər boksçularımızdan Nurlan Səfərov (60 kq), Səlim Səlimov (64 kq), Cavid Qurbanov (69 kq), Elmir Süleymanov, İbrahim Məhəmmədhəbib (hər ikisi 81 kq), İsmayıl Yaqubov (91 kq) və Elgün Nəzərli (+91 kq) bürünc medalla kifayətləniblər.
Bu nəticə Azərbaycanı komanda hesabında birinci edib. Yarışda ikinci yer Özbəkistana qismət olub. Asiyalılar Abbas Ağalarov turnirində 2 qızıl, 2 gümüş və 3 bürünc medala yiyələniblər. İlk “üçlüy”ü isə Ukrayna yığması qapayıb. Onlar Bakıda 2 qızıl, 1 gümüş və 2 bürünc medala sahib olublar.
Qaliblərə diplom və kubok verilib.
Noyabrın 24-də 80 illik yubileyini qeyd edən Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abiyevə mükafatlandırma mərasiminin yekununda Özbəkistan Boks Federasiyası tərəfindən xüsusi hədiyyə təqdim olunub.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...