Türkiyə iki şəhid verdi

Türkiyənin cənub-şərqindəki Hakkari vilayətində hərbçilərlə PKK silahlıları arasında toqquşma baş verib.
Astarainfo.az Trend-ə istinadən məlumatına görə, toqquşma zamanı iki türk hərbçi həlak olub. Məlumata görə, daha bir hərbçi yaralanaraq xəstəxanaya yerləşdirilib.
 Qeyd olunur ki, bölgədə keçirilən əməliyyat zamanı silahlılar pusqu quraraq hərbçilərə hücum edib.