Ucarda evdə yanğın zamanı xəsarət alan şəxslərin vəziyyəti ağır olaraq qalır.
Ucar Mərkəzi Rayon Xəstəxanasından APA-nın yerli bürosuna verilən məlumata görə, yanğın zamanı ağır yanıq xəsarəti diaqnozu ilə xəstəxanaya daxil olan 54 yaşlı Ünbilbani Məlik qızı Məmmədovaya və 2 yaşlı Turan Azad oğlu Əhmədliyə ilkin tibbi yardım göstərilib.
Həmin şəxslər müalicələrini davam etdirmək üçün paytaxta göndərilib.
*** 18.17
Ucar rayonunda fərdi yaşayış evində yanğın olub.
APA-nın yerli bürosunu xəbərinə görə, hadisə bu gün axsam saatlarında rayonun Qarabörk kəndində baş verib. Rayon sakini, 1967-ci il təvəllüdlü Rais Əlsurət oğlu Məmmədova məxsus 1 mərtəbəli, 2 otaq və zaldan ibarət evdə güclü yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Ümumi sahəsi 120 kvadratmetr olan ev əşyaları ilə birlikdə yanıb.
Yanğınsöndürənlərin səyi nəticəsində yaxınlıqdakı yaşayış evləri və digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı 54 yaşlı Ünbilbani Məlik qızı Məmmədova və 2 yaşlı Turan azad oğlu Əhmədli yanıq xəsarətləri ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...