FHN itkin düşən alpinistlərin axtarışlarına başladı

Fövqəladə Hallar Nazirliyi (FHN) Quba rayonunda itkin düşən alpinistlərin axtarışına başlayıb.

Nazirlikdən  bildirilib ki, dekabrın 26-da axşam saatlarında Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxmış “Gilavar” hava və ekstrim idman klubunun 3 üzvü geri qayıtmayıb və onlarla əlaqə kəsilib. Məlumat aidiyyəti qurumlara ötürülüb.
 FHN-in Aviasiya dəstəsi axtarışlara başlayıb. Axtarış işləri barədə əlavə məlumat veriləcək.Trend