Gələn il musiqi və incəsənət məktəblərində müəllimlərin attestasiyası keçiriləcək

“Gələn il Azərbaycanda musiqi və incəsənət məktəblərinin müəllimlərinin attestasiyası keçiriləcək”.
Astarainfo.az “Report”-a istinadən xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mədəniyyət və Turizm Nazirliyinin 2017-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclasında deyib.
Nazirliyin sisteminə aid olan təhsil müəssisələrinin fəaliyyətindən danışan Əbülfəs Qarayev Azərbaycan Turizm və Menecment Universitetinin və Bakı Xoreoqrafiya Akademiyasının fəaliyyətini yüksək qiymətləndirib və bildirib ki, 2018-ci ildə Mədəniyyət və Turizm Nazirliyi sistemində fəaliyyət göstərən musiqi və incəsənət məktəblərində müəllimlərin attestasiyası keçiriləcək