Türkiyəli məşqçi yenidən Azərbaycanda çalışacaq

Türkiyəli voleybol mütəxəssisi Adnan Kistak yenidən Azərbaycan klubunu çalışdıracaq. Apasport.az saytının məlumatına görə, ötən ildən millimizin ikinci heyətini hazırlaşdıran məşqçi AVF klubunun “sükanı arxası”na keçib.
Yeni yaradılan komanda Kistakla mövsümün sonunadək anlaşıb. O, artıq işinə də başlayıb. Türkiyəli çalışdırıcının qarşısına baxımlı oyun nümayiş etdirmək və milliyə voleybolçu hazırlamaq tapşırığı qoyulub.
Qeyd edək ki, Kistak AVF-dək ölkəmizdə 2 klubda işləyib. O, 2009/2010 mövsümündə “Azərreyl”lə 4-cü, növbəti il isə “Şirvan”la 6-cı olub. Türkiyəli məşqçi gənclərdən ibarət milli komandamızda da çalışıb.