Avtomobil dərəyə aşıb, içərisində olan beş nəfər xəsarət alıb.

 Hadisə Astaranın Kijəbə qəsəbəsi ərazisində qeydə alınıb. Sürücüsü 48 yaşlı Şəmsəddin Qasımov avtomobili idarə edərkən ürəyində qəfil problem yaranıb. Nəticədə sürücü idarəetməni itirib və avtomobil dərəyə aşıb. Nəticədə sürücü və avtomobildə olan həmkəndliləri 22 yaşlı İlahəddin Qasımov, 31 yaşlı Ramin Qasımov, 32 yaşlı Bəhruz Hüseynov və 32 yaşlı Salam Qasımov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Yaralılardan ikisinin vəziyəti ağır qiymətləndirilir.
Bakı-Qazax avtomagistralının Yevlax rayonundan keçən hissəsində də qəza olub. Rayon sakini 28 yaşlı Rəşad Ağayev idarə etdiyi minik avtomobilini yol kənarındakı elektrik dirəyinə çırpıb. Yol nəqliyyat hadisəsi zamanı sürücü və sərnişin 36 yaşlı Əsgər Bağırov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar təcili yardım avtomobili ilə xəstəxanaya çatdılıblar. Zərərçəkənlərə tibbi yardım göstərilib, vəziyyətlərinin ağır olduğu bildirlir.Xezerxeber.az