Astara rayonunun Şiyəkəran kənd sakini Zəbiəli Əliyev şəxsi təsərrüfatında Özbəkstandan gətirilmiş yeni limon növü yetişdirib.
İlk baxışdan böyük armudu xatırladan bu limon növünü Z.Əliyev calaq üsulu ilə artırıb.
Təsərüfat sahibinin sözlərinə görə, ötən il ancaq ağacın meyvəsindən satırdısa, bu ildən başlayaraq məhsulla yanaşı, calağ yolu ilə becərdiyi ağac tinglərinin satışını da təşkil edib. O, bu il 700-ə yaxın yeni limon tingi satıb.
Yeni limon növünün meyvələrinin qabığı qalın olduğu üçün şaxtaya daha davamlıdır, ağacı isə yerli şəraitə uyğunlaşmaq baxımından əlverişlidir.
Ağacın meyvəsi böyüklüyü ilə yanaşı, tərkibinə görə də daha faydalı hesab edilir. Tərkibində C vitamini ilə zəngin olan bu sitrus meyvəsinin bir neçə xəstəlyin müəalicəsində istifadə edilir.
Bu səbəbədən də Zəbiəli Əliyev növbəti illlərdə də təsərrüfatında yeni limon növünü daha da artırmağı və satışını təşkil etməyi planlaşdırır. O, əmindir ki, bu limon növü alıcılar tərəfindən böyük maraqla qarşılanacaq.
Qeyd edək ki, Özbəkstandan gətirilən limonun ən kiçiyinin ölçüsü 300 qram, ən böyüyü isə bir kiloqrama yaxındır.
Qiymətlərə gəldiydə isə, adi limonun 1 ədədinin 30-50 qəpikdirsə, Özbək sortu olan limonun 1 ədədinin qiyməti 2-3 manat arası dəyişir.
Yeni növ olan limonun başqa bir özəlliyi odur ki, yerli limonlar mövsümə uyğun olaraq ildə bir dəfə bar verirsə, Özbəkistandan gətirilən limon isə il boyu ardıcıl olaraq bar verməyə malikdir.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...