“İlham Əliyev hər zaman xaricdə yaşayan azərbaycanlıların fəaliyyətini yüksək qiymətləndirir”

Dekabrın 28-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir qrup şəxsin “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.
Sərəncama əsasən “Tərəqqi” medalına layiq görülənlərin sırasında Misirdə Azərbaycan diasporunun rəhbəri, Qahirə Universitetinin müəllimi Seymur Nəsirov da var.
S.Nəsirov ona göstərilən bu etimada görə Astarainfo.az  vasitəsilə ölkə başçısı İlham Əliyevə dərin təşəkkürünü ifadə edib.
“Möhtərəm cənab Prezident!
Sizin müdrik rəhbərliyinizlə müstəqil Azərbaycan Respublikasında həyatımızın bütün sahələrində misilsiz nailiyyətlər qazanılır. Hər bir Azərbaycan vətəndaşı öz həyatında ölkə başçısı kimi Sizin hədsiz diqqətinizi hiss edir. Biz bu qayğı və diqqətin canlı şahidiyik.
 Hər zaman xaricdə yaşayan azərbaycanlıları və onların fəaliyyətini yüksək qiymətləndirirsiniz. Bu günlərdə mənim əməyimə yüksək qiymət verdiniz. 2017-ci il dekabrın 28-də imzaladığınız Sərəncamla məni “Tərəqqi” medalına layiq gördünüz. Göstərdiyiniz bu diqqətə və etimada görə öz adımdan və Misirdə yaşayan azərbaycanlılar adından Sizə dərin təşəkkür və minnətdarlığımı bildirirəm!”-deyə, S. Nəsirov məktubunda qeyd edir.