İtlər inəklərlə birlikdə otlayır. Sahibinin iddiasına görə, itlər inəklərlə bir yerdə o qədər qalıb ki, onlarda da otlamaq vərdişi yaranıb. Lakin mütəxəssislər bunu itdə yaranan qurd xəstəliyi ilə əlaqələndirirlər.
İtlər inəklərlə birlikdə otlayır.
Görüntülər Masallı rayonunda lentə alınıb. Kadrlardan da göründüyü kimi itlər otyeyən heyvanlar kimi otlayır.
İtlərin balaca sahibi Allahşükür Əhmədovun sözlərinə görə, bu itlər uzun müddətdir ondadır. Heyvanlarını otaran zaman onların dəstəyindən istifadə edir.
Coğrafiya İnstitutunun aparıcı elmi işçisi Şahvələd Əliyevin sözlərinə görə, bu qeyri-adi hadisə itlərdə yaranan qurd xəstəliyi ilə bağlıdır. İribuynuzlu heyvanların ciyərində olan həmin qurd itlərə keçir və bədənində inkişaf edir. Sonra isə həmin qurdlar itin beyninə gedir və orada çoxalır.
Nəticədə də itin hərəkətlərində anormallıq yaranır və o, qida hissiyatını itirir. Həmçinin başında əmələ gələn ağrıları azaltmaq üçün ot yeməyə başlayır.
Şahvələd Əliyev deyir ki, itin beynindəki həmin qurdlar müalicə yolu ilə çətinliklə oradan kənarlaşdırılır. Əksər hallarda bunun çarəsi əməliyyat etdirmək olur.