Sümüklərinizi qocalana qədər sağlam və möhkəm saxlamaq istəyirsinizsə, qidalanmanızda mütləq bu kimi məhsullar olmalıdır:
– Süd məhsulları (süd, kəsmik, pendir, xama, qatıq və s.) kalsiumun əsas mənbəyidir. Kalsium sümüklərimiz üçün tikinti materialı funksiyasını yerinə yetirir. Həmçinin süd məhsulları D vitamini ilə zəngindir ki, bu vitamin kalsiumun orqanizm tərəfdən mənimsənilməsini təmin edir.
– Süd məhsullarında əlavə ispanaq, kərəviz, kahı, çuğundur yarpaqları, brokkoli kələmi kalsiumla zəngindir.
– Sardina, qızılbalıq, tunes, siyənək balığı sümüklər üçün vacib olan Omeqa-3 yağlı turşular, D vitamini və fosforla zəngindir.
– Qoz, badam, araxis, günəbaxan tumları, cücərdilmiş buğda sümüklər üçün vacib olan bir çox maddələrlə zəngindir.
– Ərik, üzüm, banan, kişmiş, əncir və əncir qurusu kaliumla zəngindir. Bu mineral  sümüklərin möhkəmləndirilməsinə kömək edir.
– Paxlalıların (noxud, lobya, mərci) tərkibində B vitamini çoxdur. Elmi araşdırmalar sübut edib ki, bu qrup vitaminlərin çatışmamazlığı nəticəsində sümüklər daha kövrək olur.
Çay, qəhvə və xüsusilə şirin qazlı içkilərin (müxtəlif limonadlar, koka-kola və s.) həddindən artıq çox miqdarda qəbulu sümüklərdən kalsiumun yuyulmasını sürətləndirir. Spirtli içkilərin qəbulu və siqaret çəkmək kalsiumun orqanizm tərəfindən normal mənimsənilməsinin qarşısını alır. Saglamolun.Az