Rusiyalı və avropalı mütəxəssislərdən ibarət alimlər qrupu uşaqların həyatlarının ilk 6 ilində aqressiv davranışını araşdırıblar.
Astarainfo.az Milli.Az-a istinadən bildirir ki, uşaqların dalaşqanlığının genetik köklərlə bağlı olması aşkar edilib. Mütəxəssislərin rəyinə görə, aqressiv davranış uşağın sosial inkişafının ayrılmaz hissəsidir. Nəzarət edilməsi mümkün olmayan davranış 2-4 yaşlı uşaqlarda daha çox müşahidə edilib. Həmin yaş həddini aşan uşaqlar vaxt keçdikcə bu barədə valideynlərinə və yaxın dostlarına danışmaqla, öz emosiyalarını idarə etməyi öyrənirlər. Lakin genetik köklər ucbatından uşağın nəzarəti mümkün olmayan aqressiv davranışı qeyri-müəyyən vaxtadək uzana bilər. Həmçinin, mütəxəssislər qeyd ediblər ki, 2 yaşdan 4 yaşa qədər körpənin beynində əsaslı dəyişikliklər baş verir. Alimlər həmin dövrdə baş verən prosesləri və onların insan davranışına təsirini nəzərə alaraq, körpənin yeniyetmədən nə ilə fərqləndiyini araşdırmaq niyyətindədirlər.AZƏRTAC