İtaliya sahil mühafizəsi Aralıq dənizinin Liviya sahillərində miqranları daşıyan gəminin batması nəticəsində itkin düşənlərin axtarışını davam etdirir.
AZƏRTAC “Euronews” kanalına istinadla xəbər verir ki, İtaliya sahil mühafizə xidməti indiyədək 8 cəsədin tapıldığını bildirib. Liviyadan Avropaya keçmək istəyən miqranları daşıyan gəmidə 150 nəfər olub. Onlardan 86-sı sahil mühafizəsinin əməkdaşları tərəfindən xilas edilib. Hazırda itkin düşən 56 miqrantın axtarışı aparılır.
Ötən il Aralıq dənizində 3116 miqrant həlak olub. Onlardan 2832-si Aralıq dənizinin mərkəzi hissəsində boğulub. Bu göstəriciyə görə Aralıq dənizi miqrantların hərəkət etdiyi ən “qanlı marşrut” hesab olunur.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...