Xəzərdə zəlzələ olub

Xəzər dənizində zəlzələ olub.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, yeraltı təkanlar yanvarın 9-da yerli vaxtla saat 21:39-da Xəzər dənizində qeydə alınıb.
 Maqnitudası 3,2, dərinliyi 45 km olan zəlzələ hiss olunmayıb.