Astara rayon Şahağacı kənd Mədəniyyət evində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) dəstəyi ilə Astara rayonu Şahağacı kənd məscidi dini icması tərəfindən “İslam həmrəyliyinin təbliğində məzhəblərarası dialoq” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Turan Həsənzadə, Şahağacı kənd məscidi dini icmasının sədri Nazim Əsədov, Şahağacı kənd Mədəniyyət evinin direktoru Sevda Xudaverdiyeva və ictimaiyyət nümayəndələri iştirak ediblər.
DQİDK-nın Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı T.Həsənzadə çıxışında ölkəmizdə multikulturalizm, dini həmrəylik mühitinin və məzhəblərarası dialoqun yüksək səviyyədə olduğunu bildirib. Natiq İslam həmrəyliyinin məzhəb ayrı-seçkiliyinə qarşı mübarizədə əhəmiyyətini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Şahağacı kənd Mədəniyyət evinin direktoru S.Xudaverdiyeva çıxışında ölkə rəhbərliyinin dini sahəyə qayğısından danışaraq, Azərbaycandakı dövlət-din münasibətlərinin nümunəvi olduğunu vurğulayıb.
Şahağacı kənd məscidi dini icmasının sədri N.Əsədov və digərləri çıxışlarında keçirilən maarifləndimə tədbirlərinin gənc nəslin mənəvi-əxlaqi tərbiyəsində, vətənpərvər vətəndaş kimi formalaşmasında mühüm rolunun olduğunu qeyd ediblər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, maarifləndirmə tədbiri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədilə dini icmalara maliyyə yardımı göstərmək üçün 2014-cü il noyabrın 27-də imzaladığı Sərəncama əsasən keçirilib.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...