Türkiyənin “İstanbul Beynəlxalq Qardaşlıq və Yardımlaşma  Dərnəyi”nin Azərbaycandakı nümayəndəliyi, Gəncliyə Yardım Fondu və 20 Yanvar Fondunun təşkilatçılığı ilə 20 yanvar şəhidlərinin ailələri və əlillərlə görüş keçirilib.
APA-nın xəbərinə görə, hökumət, QHT və KİV nümayəndələrinin iştirak etdiyi tədbirdə 20 yanvar faciəsinin 28-ci ildönümünə həsr edilmiş videoçarx nümayiş olunub.
 Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bu günümüzü, gələcəyimizi şəhidlərə borclu olduğumuzu vurğulayıb və 20 yanvarfaciəsinin içimizdəki müstəqillik düşüncəsini alovlandırdığını deyib.
 Tədbirdə çıxış edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim 20 yanvarın təkcə hüzn günü deyil, həm də şərəf günü olduğunu deyib.
Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov isə çıxışında bu günədək 20 Yanvarcinayətini törədənlərin beynəlxalq məhkəmə tərəfindən cəzalandırılmadığına görə təəssüfləndiyini bildirib.
Tədbirdə millət vəkili Qənirə PaşayevaMusa Qasımlı da çıxış ediblər.
Görüşün sonunda 180 şəhid ailəsinə və əlilə ərzaq yardımı paylanılıb.