Bu gün Fransanın Strasburq şəhərində AŞPA-nın (Avropa Şurası Parlament Assambleyası) qış sessiyası başlayır.
APA-nın xəbərinə görə, sessiya yanvarın 26-dək davam edəcək. Sessiyanın ilk günü AŞPA-nın prezident, vitse-prezidentləri və qurumun insan haqları üzrə komissarı seçiləcək.
“Konfliktlər və onların humanitar fəsadları” mövzusuna həsr edilmiş sessiya çərçivəsində Avropadakı münaqişələr, bu konfliktlərdən əziyyət çəkən insanların yaşadığı çətinliklər, Fələstin-İsrail münaqişəsinin sülh yolu ilə tənzimlənməsi prosesi, Avropada antisemitzmin artması, İslamofobiya və ksenofobiya ilə mübarizədə Avropa Şurasının və digər əlaqədar qurumların rolu məsələləri barədə fikir mübadiləsi aparılacaq.
AŞPA-nın qış sessiyası zamanı yanvarın 24-də Ermənistan prezidenti Serj Sarkisyanın çıxışı gözlənilir.
Azərbaycanın AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü Vüsal Hüseynov isə sessiyanın sonuncu günü – yanvarın 26-da “İşgəncə və ölüm cəzası üçün istifadə olunan malların ticarətinə qarşı beynəlxalq qaydaların gücləndirilməsi” mövzusunda məruzə ilə çıxış edəcək.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...