Şəhriyar Məmmədyarov “Tata Steel Chess” superturnirinin ilk üçlüyündə

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən “Tata Steel Chess” superturnirinin 8-cı turu yekunlaşıb.
Təmsilçimiz Şəhriyar Məmmədyarov Hollandiyalı Aniş Giri ilə görüşüb. Oyun 1:0 hesabı ilə hollandiyalının xeyrinə başa çatıb.
Məmmədyarov 5,5 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
 Turnirin lideri Giridir, 2-ci yerdə Karlsen Maqnus qərarlaşıb.
Azərbaycan təmsilçisi yanvarın 23-dü 9-cu turda onu 5,0 xalla izləyən rusiyalı Vladimir Kramnikla görüşəcək.