Türkiyə Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu və Türk Dil Qurumunun birgə təşkilatçılığı ilə yanvarın 24-də Ankarada “Türkcə Divanlar Sərgisi” açılacaq.
AZƏRTAC Türkiyə saytlarına istinadla xəbər verir ki, Milli Kitabxana sərgi salonunda açılacaq sərgidə keçmişdən bu günümüzədək türkcə divan tərtib edən şairlərin 100 divanı nümayiş etdiriləcək. Sərgidə Azərbaycan şairlərinin də divanları yer alacaq.
Ziyarətçilər sərgidə türk ədəbiyyatının mühüm mənbələrindən olan divanları bir arada görmək imkanı əldə edəcəklər.
Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayevin Şuvi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Deqadi kəndində əhali ilə səyyar qəbul və görüşü olmuşdur. Görüşdə rayonun idarə...