Respublika Boks Mərkəzində 2000-2001-ci il təvəllüdlü idmançılar arasında ölkə birinciliyinə yekun vurulub. Yarışda 38 komandanın tərkibində 140 dəri əlcək ustası qüvvəsini sınayıb.
“Neftçi İdman Klubu”nun turnirə qatılan gənc boksçularından üçü medallara sahib olub.
Yarışda 91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Vüqar Səmədov məğlubiyyət tanımayaraq Azərbaycan çempionu adını qazanıb. Yalnız final görüşündəki rəqibi ilə bacarmayan Mirmehdi Mehdizadə (52 kq) gümüş medala layiq görülüb. Eyni çəkidə çıxış edən Şirxan Məlikov isə respublika üçüncüsü olub.Azərtac
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...