Qış çaylarının bəlkə də ən sağlamlıq imkanlarından biri də zəncəfillə hazırlanan xüsusi bitki çaylarıdır. Dadı bir çox insana ləzzətli gəlməsə də, zəncəfilin faydalarını saymaqla bitmir. Ürəyin sağlamlığını qoruyur, immuniteti gücləndirir. Köklərində olan proteaz sayəsində həzm prosesini asanlaşdırır, həmçinin ürək bulanmasını aradan qaldırır. Portağal və ya limonla şirin, həm ləzzətli, həm də sağlam bir zəncəfil çayı dəmləyin.
Astarainfo.az Milli.Az-a istinadən bildirir ki, portağallı zəncəfil çayını şəkərsiz olduğu müddətdə istədiyiniz miqdarda içə bilərsiniz.
Lazım olan qidalar:
1 zəncəfil kökü
1 ədəd portağal
1 qaşıq bal
Limon
İlk olaraq zəncəfil kökünü rəndələyib, portağalı halqa-halqa doğrayaraq qaynayan suya əlavə edin.
10 dəqiqə qədər birlikdə bişirdikdən sonra götürün. Portağalın suyunu sıxın və bu qarışığa əlavə edin. Limon və ya bal da əlavə edə bilərsiniz.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...