Çimərlik futbolu üzrə Azərbaycan milli komandası İranın Buşehr şəhərində təşkil olunmuş “Persian Cup-2018” beynəlxalq turnirində ikinci oyununu keçirib.
Astarainfo.az AZƏRTAC-a istinadən xəbər verir ki, İspaniya yığması ilə qarşılaşan millimiz 1:3 hesabı ilə məğlub olub.
Komandamızın qolunu Orxan Məmmədov vurub.
Qeyd edək ki, millimiz turnirdə keçirdiyi ilk oyunda İran yığmasına 2:3 hesabı ilə uduzub.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...