Göyçayda bir nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.
Astarainfo.az APA-ya istinadən xəbər verir ki, hadisə Göyçay şəhərinin Bakı küçəsində qeydə alınıb.
Rayon sakini, 1989-cu il təvəllüdlü Musayev Vüqar Səfəralı oğlu “Opel” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil hasara çırpılaraq arxası üstə çevrilib. Sürücü ağır bədən xəsarətləri aldığı üçün Göyçay rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Hazırda onun vəziyyəti ağır olaraq qalır.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...