Avstriyada 150 turist qırılmış kanatdan xilas edilib

Avstriya dağlarında fövqəladə hallar xidmətinin əməkdaşları, təqribən 150 turisti qırılmış kanatdan xilas edib.
Ştiriya bölgəsində istirahət edənlər kanatla yüksəkliyə qalxarkən onun qırılması nəticəsində 7-10 km hündürlükdə kanat kreslolarında qalmalı olublar. Onları helikopterlər vasitəsilə xilas etmək lazım gəlib.
Xilasetmə işlərinə günəşli isti hava şəraiti (6° C temperatur) də imkan verib. Turistlərin heç birini don vurmayıb.
Əməliyyat üç saat davam edib.Report.az