Azərbaycanda 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin satılması qadağan edilib

Azərbaycanda 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılması qadağan edilib.
APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında “Dərman vasitələri haqqında” qanuna əlavə layihəsi müzakirə olunub.
Qanuna təklif edilən 13.3-1 bəndinə görə, ölkədə 14 yaşı tamam olmamış şəxslərə dərman vasitələrinin buraxılması qadağan edilir.
Layihə səsə qoyularaq qəbul olunub.