Tibbi dispanserizasiya çərçivəsində ötən il rayonun 106,5 min sakinindən 81,9 nəfəri tibbi müayinədən keçirilib. İl ərzində 29,5 min uşaq kontingentinin 28,7 mini tibbi müayinə olunub. Məhz rayonunun səhiyyə xidmətinin geniş profilli imkanları olduğu üçün xəstəxanada kompüter tomoqrafiyası, ultrasəs, rentgen, exikardioqram, exokardioqrafiya, ensefaloqram, müxtəlif laborator müayinələri aparılır, çoxprofilli cərrahi əməliyyatlar həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu barədə Astara Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əlövsət Əliyev Səhiyyə Nazirliyində keçirilən müşavirədə məlumat verib.
Onun müşavirə iştirakçılarına verdiyi statistikaya görə, keçən il tibbi dispanserizasiya tədbirləri çərçivəsində 25,8 min nəfər laborator, 4,2 min nəfər exokardioqramma, 1,7 min nəfər rentgen, 72 nəfər kompüter tomoqrafiyası, 6,2 min nəfər ultrasəs, 769 nəfər oftalmoskapiya, 740 nəfər refraktometriya, 744 nəfər rinoskopiya, 717 nəfər otoskopiya müayinələrindən keçirilib. Müayinələr nəticəsində aşkar edilmiş 8,3 min patoloji hala görə 152 xəstə stasionar, 7,9 min xəstə ambulator müalicəyə cəlb edilib, 178 xəstəyə ixtisaslaşdırılmış tibbi yardım göstərilməsi üçün mütəxəssislərlə məsləhətləşmələr aparılıb. Onlardan bəziləri rayon mərkəzi xəstəxanasına Bakıdan dəvət olunmuş mütəxəssislər tərəfindən tibbi yardımla təmin edilib, az hallarda isə respublika paytaxtına göndərişlər verilib.
Baş həkim qeyd edib ki, son illər ölkə səhiyyəsinə göstərilən diqqət və qayğının nəticəsində Astaradan İrana deyil, İrandan Astaraya gələn xəstələrin sayı artıb.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...