Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə hər il respublikada əhalinin kütləvi tibbi müayinəsinin keçirilməsi təşkil olunur.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30.01.2018-ci il tarixli №10-S saylı sərəncamına əsasən Astara rayonunda Mərkəzi Xəstəxananın həkim briqadası, tibb işçiləri tərəfindən Mərkəzi Xəstəxanada və yaşayış məntəqələrində yerləşən tibb müəssisələrində 12.02.2018-ci il tarixindən 12.05.2018-ci il tarixinə kimi əhalinin kütləvi tibbi müayinəsi aparılacaqdır.
Sentyabrın 16-da Astara rayonunun ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması münasibətilə təntənəli mərasimlər keçirilmişdir. Tədbirlər zamanı məktəb rəhbərliyi və müəllimlər şagirdləri təbrik etmiş, onlara...