Fevralın 8-də soyuq hava axını şəraitində Yapon dənizi sahili boyunca güclü qar yağmaqda davam edib.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, xüsusən Fukui prefekturasında nəqliyyatın hərəkətində ciddi problemlər yaranıb. Yaponiya Mərkəzi Meteorologiya Agentliyi sakinlərə xəbərdarlıq edərək ehtiyatlı olmağı tövsiyə edib.
Fevralın 8-də səhər saatlarına olan məlumata görə, Fukui şəhərində qarın qalınlığı adi normadan yeddi dəfə, Kanazava şəhərində isə altı dəfə çox olub.
Meteoroloqlar insanları diqqətli olmağa, qar uçqunundan, qarın təmizlənməsi zamanı baş verə biləcək hadisələrdən qorunmağa çağırıb.