Astara şəhərində Xəzər dənizi sahili boyunca 6 hektar ərazidə salınmış park-bulvar kompleksinin ərazisi 12 hektar artılaraq 18 hektara çatdırılacaq.
“Astara şəhərində dənizkənarı park-bulvar kompleksi ərazisinin genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 8 iyun tarixli Sərəncamına müvafiq olaraq park-bulvar kompleksinin ikinci hissəsində tikinti işləri sürətlə davam etdirilir.
Park-bulvar kompleksinin bataqlıq olan ərazisi abadlaşdırılıb, 100 min kubmetrlərlə qum, çınqıl və torpaq daşınaraq yerin səviyyəsi qaldırılıb.
Uzunluğu 480 metr, eni 15 metr olan gəzinti meydançasının, 450 metr uzunluğunda qala divarlarının, eləcə də Bayraq meydanının tikintisi sürətlə davam etdirilir.
İran İslam Respublikası ilə dövlət sərhədinədək sahil boyunca inşa edilən park-bulvar kompleksinin yeni ərazisində tikiləcək Bayraq meydanı, mehmanxana və hotellər, idman və müxtəlif əyləncə mərkəzləri, xidmət obyektləri Astara şəhərinə xüsusi gözəllik verəcək.
Ərazidə, həmçinin uşaq əyləncə mərkəzlərinin, açıq fitnes meydançasının, fəvvarənin, amfiteatrın tikilməsi, müxtəlif attraksionların quraşdırılması nəzərdə tutulub.
Park-bulvar kompleksinin ikinci hissəsi bu il istifadəyə veriləcək.AZƏRTAC-Bağır Əliyev
Sentyabrın 16-da Astara rayonunun ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması münasibətilə təntənəli mərasimlər keçirilmişdir. Tədbirlər zamanı məktəb rəhbərliyi və müəllimlər şagirdləri təbrik etmiş, onlara...