Qara ciyər piylənməsinin səbəbi bu orqanda yığılan piylərdir. Piylənmənin yüngül və yaxud ağır formada olduğunu ultrasəs müayinəsi (USM) zamanı vizual görmək olur. Adətən müayinə zamanı qara ciyərin piylənməsi və yaxud qara ciyərin piy distrofiyası olması müəyyənləşir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının qastroenteroloqu Vüqar Rəsulov universitetin mətbuat xidmətinə bildirib.
Qara ciyər piylənməsi və onun səbəbləri haqqında məlumat verən həkim deyib: “Problemin əmələ gəlmə səbəblərinin başında orqanizmdə gedən maddələr mübadiləsinin pozulması durur. Bundan əlavə bu səbəblərin arasında hiss olunmaz dərəcədə fasiləsiz zəhərlənmələri də misal çəkmək olar. Bunlara orqanizmə zərər verən qidalar və ya spirtli içkilər, ətraf mühitinin pis olması və bir sıra digər səbəblərdə daxildir. Şəkərli diabet zamanı qanda şəkərin miqdarının vaxtında tənzimlənməməsi də xəstəliyin yaranma səbəblərindəndir. Virus hepatitlərinin təsiri, dərman preparatların nizamsız və təhlükəsiz, rejimdən kənar qəbul olunması, orqanizmdə dəmirin miqdarının dəfələrlə artması, artiq çəki və bir sıra digər amillər də patologiyanın yaranmasına səbəb ola bilər”.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...