Hindistan və BƏƏ Fars körfəzində birgə hərbi təlim keçəcək

Hindistan və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Hərbi Dəniz Qüvvələri Fars körfəzində birgə təlimlər keçirəcəklər. Trend-in məlumatına görə, təlimlər 2018-ci ildə keçiriləcək.
Məlumata görə, təlimlərin keçirlməsi barədə qərar Hindistanın Baş naziri Narendra Modinin BƏƏ-yə səfəri zamanı qəbul edilib.
 Qeyd edək ki, bu, Hindistan hərbi gəmilərinin Fars körfəzində tarixdə ilk hərbi təlimləri olacaq.