Karateçilərimiz İranda keçiriləcək Şərq döyüş növləri üzrə birinci qış idman oyunlarında iştirak edəcəklər

Fevralın 16-da İranın Astara şəhərində Şərq döyüş növləri üzrə birinci qış idman oyunları keçiriləcək.
“Qaraqap”lan karate klubunun məşqçisi Əli Rəcəbovun AZƏRTAC-a verdiyi məlumata görə, turnirə məşqçinin altı yetirməsi qatılacaq. Oyunlarda ölkəmizi müxtəlif yaş kateqoriyalarında Yusif Cəfərov (25 kq), Rafael Zeynalov (30 kq), Yusif Əliyev (30 kq), Orxan Musayev (45kq), Məhəmməd Qasımov (30 kq) və Emil Güləhmədov (84 kq) təmsil edəcəklər.
Qeyd edək ki, karateçilər yarışa məşqçilər Əli Rəcəbov və Orxan Şabanovun rəhbərliyi altında qatılacaqlar.
Xatırladaq ki, turnirdə karate ilə yanaşı, idmanın taekvando və cüdo növləri üzrə yarışlar keçiriləcək.