Millimizə yeni baş məşqçi təyin edilib

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsində dəyişiklik baş verib.
Trend-in AFFA-ya istinadən verdiyi məlumata görə, baş məşqçi İlham Əzizzadənin müqavilə müddəti başa çatıb.
 Komandanın baş məşqçisi vəzifəsi Zeynal Zeynalova həvalə olunub.