Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında səkkizdə bir final mərhələsinin oyunlarına start veriləcək.
AZƏRTAC xəbər verir ki, mərhələnin ilk oyun gününün mərkəzi görüşündə İtaliya təmsilçisi “Yuventus” doğma meydanda İngiltərənin “Tottemxem” klubunu qəbul edəcək. Bu komandalar indiyədək cəmi iki dəfə üz-üzə gəliblər. 2016-cı ildə baş tutan qarşılaşmada “Yuventus” 2:1 hesablı qələbə qazandığı halda, ötən il keçirilən görüş “Tottenhem”in qələbəsi ilə yekunlaşıb (2:0).
Günün digər qarşılaşmasında isə daha bir ingilis klubu “Mançester Siti” səfərdə İsveçrə “Bazel”in qonağı olacaq.
Hər iki görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Sentyabrın 16-da Astara rayonunun ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması münasibətilə təntənəli mərasimlər keçirilmişdir. Tədbirlər zamanı məktəb rəhbərliyi və müəllimlər şagirdləri təbrik etmiş, onlara...