Çindən Azərbaycana turistlərin cəlb edilməsi üçün yaxın vaxtlarda memorandum imzalanacaq.
Astarainfo.az Xezerxeber.az-a istinadən məlumat verir ki, bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev fevralın 13-də keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, hər il Çindən 120 milyon turist bir çox ölkələrə səfər edir. Azərbaycan Çindən qrup şəklində turistlərin cəlb edilməsi üçün memorandum imzalayacaq. Bu ölkəmizin turizm sahəsinə müsbət təsir göstərəcək.