Fevralın 17-də Avstriyanın Overvart şəhərində cüdo üzrə Avropa Kuboku start götürəcək.
2 gün davam edəcək yarışa Azərbaycan millisi də qatılacaq.
Komandamızın məşqçilər korpusu kişilər arasında baş tutacaq turnirdə 17 idmançıya şans verəcək. Bunlar Mehman Sadıqov, Kəramət Hüseynov, Tofiq Məmmədov, Sadiq Məhərrəmov (hamısı 60 kq), İlkin Babazadə (66 kq), Telman Vəliyev, Paşa Əliyev (hər ikisi 73 kq), Afiq Səfərli, Coşqun Abdullayev (hər ikisi 81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev, Firudin Dadaşov, Qurban Qurbanov (hamısı 90 kq), Zelim Kotseyev, Adil Kərimli (hər ikisi 100 kq), Uşanqi Kokauri və Şahin Qəhrəmanovdu (hər ikisi +100 kq).
Turnirə 43 ölkədən 323 cüdoçunun qatılacağı gözlənilir.apasport.az