Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən 2018-ci ilin “Qara Qarayev ili” elan olunması münasibətilə fevralın 15-də Ankara şəhərində möhtəşəm konsert olub.
Konsertdən əvvəl TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinov, Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Qazi Universitetinin rektoru İbrahim Uslan, UNESCO-nun “Sülh artisti”, Azərbaycanın Xalq Artisti, Bəstəkarlar İttifaqının sədri, professor Firəngiz Əlizadə dahi bəstəkarın həyat və yaradıcılığından bəhs ediblər.
Çıxışlarda vurğulanıb ki, tanınmış alim-pedaqoq və ictimai xadim, SSRİ Xalq Artisti, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı, akademik Qara Qarayev böyük əməyi və fitri istedadı sayəsində sənətin zirvələrini fəth edib.
Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə Qazi Universitetinin foyesində Qara Qarayevin zəngin və mənalı ömür yolunu əks etdirən kitablar sərgilənib.
Qeyd edək ki, “Qara Qarayev ili”nə aid tədbirlər çərçivəsində keçirilən konsert Azərbaycanın Türkiyədəki səfirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə reallaşıb.AZƏRTAC
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...