Fevralın 14-15-də Astara şəhər 2 saylı tam orta məktəbin idman zalında rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə İdarənin 2018-ci il I yarımillik tədbirlər planına uyğun olaraq Yeniyetmələrin XII Respublika Oyunlarına hazırlıq məqsədi ilə 2004-2006-cı il təvəllüdlü məktəbli yeniyetmələr arasında Voleybol üzrə rayon birinciliyi keçirilib.
İlk öncə çıxış edən Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ələskər Əskərov yarışın məqsədinin Bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikası qanununun müvafiq maddələrinin yerinə yetirilməsi, yeniyetmələrə sağlam həyat tərzinin aşılanması, onların fiziki kamilliyə yiyələnməsi, boş və asudə vaxtlarının səmərəliyinin təşkili, yeniyetmə voleybolçular arasında dostluq münasibətlərinin möhkəmlənməsi və voleybol idman növü üzrə yığma komandanın müəyyənləşdirilməsi olduğunu bildirib və komandalara uğular arzulayıb.
Daha sonra yarışa start verilib və komandalar dairəvi sistem üzrə mübarizəyə başlayıblar. Sonda Astara şəhər 2 saylı, Tüləgüvan kənd və Suparibağ kənd tam orta məktəblərinin komandaları müvafiq olaraq I, II və III yerlərə layiq görülüblər.
Qaliblər Rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıb.
2024-cü ildə rayonda 290,0 hektar sahədə çəltik əkini aparılmışdır. Hazırda rayonda çəltik yığımı davam edir. İndiyədək sahələrdən307,0 ton çəltik yığılmışdır.
Rayonda çəltikçiliklə məşğul olan fermerlər...