ABŞ-ın Mançester Universitetinin alimləri dünyada ilk dəfə canlı orqanizmdə insan böyrəklərini xatırladan strukturlar yetişdirməyə müvəffəq olublar.
Astarainfo.az Trend-ə istinadən bildirir ki, həqiqi böyrəklərin bu elementləri sidik ifraz edə bildiyi üçün bu hadisəni tibb aləmində əsl kəşf adlandırmaq olar.
Böyrəyin mühüm elementi olan yumaqcıqlar insanın embrional gövdə hüceyrələrindən yaradılıb. Bu hüceyrələr laboratoriya şəraitində, böyrəklərin inkişafına kömək edən molekullarla zəngin bəsləyici mühitdə yetişdirilib. Yumaqcıqlar birləşdirici toxuma rolu oynayan geləbənzər substansiya ilə birləşdirilib.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...