Astara rayonunun Şahagac kəndində Xəzər dənizi sahilindən yığılan balıqqulağı 50-dən çox ailənin gəlir mənbəyinə çevrilib.
Kənd sakinlərinin sahildən yığdıqları balıqqulağını qonşu rayonlardan, eləcə də Bakıdan da gəlib alırlar.
Kənd sakinlərinin sözlərinə görə, dəniz sahilindən yığılan balıqqulağı həcminə və rənginə görə seçilir. Balıqqulağından kənd təsərrüfatında istifadə edilməsi bu məhsula tələbatı artırıb. Balıqqulağından cənub bölgəsi üçün xarakterik olan nəmişliyin aradan qaldırılmasında, yolların təmirində, məzarlıqlarda bitən alaq otlarının qarşısının alınmasında və ən başlıcası tikinti zamanı suvaq və bəzək işlərində istifadə edilir.AZƏRTAC-Bağır Əliyev