Türkiyə Silahlı Qüvvələrinin Suriyanın Afrin bölgəsində apardığı “Zeytun budağı” əməliyyatı çərçivəsində bu günədək ümumilikdə 1780 terrorçu zərərsizləşdirilib.
Astarainfo.az-ın Trend-ə istinadən məlumatına görə, təkcə son sutka ərzində İŞİD, PYD və YPG terror qruplaşmaslarının 65 üzvü məhv edilib.
Bundan başqa, əməliyyat müddətində ümumilikdə 80-dən çox yaşayış məntəqəsinin terrorçulardan azad edildiyi bildirilib.
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.
“Azərbaycanın dövlət müstəqilliyi əbədidir, dönməzdir və bizim qarşımızda duran vəzifə dövlət müstəqilliyini qorumaqdan, əbədi etməkdən ibarətdir.” – Ulu Öndər Heydər Əliyev
Qüdrətli Azərbaycan dövlətinin təməli...