Torpaqlar şumlanır, əkin sahələri isə suvarılır…
Ermənistan silahlı qüvvələrinin təxribatları davam etsə də, cəbhə kəndlərində həyat öz axarı ilə davam edir.
Düşmən mövqelərinə yaxın yaşayış məntəqələrindən biri olan Ağdamın Qaradağlı kəndində sakinlər təsərrüfatla məşğuldur. Sakinlər qorxmadan Ermənistan ordusu tərəfindən müşahidə edilən əkin sahələrində təsərrufat işləri ilə məşğul olurlar.
Hazırda kənd sakinləri sahələrdə suvarma işləri aparırlar.
Qeyd edək ki, 5000 nəfər əhalisi olan Qaradağlı kəndinin sakinləri bu mövsümdə daha çox məhsul götürəcəklərinə
ümid edirlər.Xezerxeber.az