Bakıdan İran sərhədinə qədər olan Bakı-Astara avtomobil yolu bu ilin may ayında istifadəyə veriləcək.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Ələt qəsəbəsindən Astaraya qədər olan yeni yol birinci dərəcəlidir və məsafəni əvvəlkinə nisbətən 38 kilometr qısaldacaq.
“Bu, iqtisadiyyata da öz töhfəsini verəcək. Yeni yolla tez xarab olan malları mənzil başına qısa zamanda çatdırmaq mümkün olacaq”, – deyə S.Məmmədov vurğulayıb.
Sentyabrın 16-da Astara rayonunun ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması münasibətilə təntənəli mərasimlər keçirilmişdir. Tədbirlər zamanı məktəb rəhbərliyi və müəllimlər şagirdləri təbrik etmiş, onlara...